Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu il 250 gənc xaricdə təhsil almağa göndəriləcək
16.08.11 19:22

Ölkə prezidenti İlham Əliyevin təsdiq etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu il 250 gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib. 
Nazir bildirib ki, sözügedən Dövlət Proqramının reallaşdırılması sayəsində bu işin səmərəliliyi artırılıb, proqram çərçivəsində 800-dən artıq gənc xarici ölkələrin ən nüfuzlu universitetlərinə göndərilib. Onların bir qismi artıq təhsillərini uğurla başa vuraraq vətənə dönüblər. Azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsinin tarixinə qısa nəzər salan nazir ilk dəfə 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə 100 nəfərin xarici ölkələrin ali məktəblərinə göndərildiyini diqqətə çatdırıb. Bu işin ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə xüsusilə geniş vüsət aldığını xatırladan M.Mərdanov respublikamızdan kənarda ali təhsil almağa göndərilən gənclərin sayının ildə 45 nəfərdən 1500 nəfərə çatdırıldığını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-4316.html