Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ iqtisadiyyatına “sentyabr vədi”
16.08.11 19:22

ABŞ prezidenti Barak Obama son zamanlar olduqca təhlükəli vəziyyətlərdən çıxan və hərtərəfli zəifləyən ölkə iqtisadiyyatının bərpası və güclənməsi üçün sentyabrda “dəqiq iş planı” açıqlanacağını bildirib. Dünən başlayan avtobusla səyahəti çərçivəsində İova ştatında tribunaya qalxan prezident Konqresin müvəqqəti qəbul edilən plan üzərində yenidən işləməyə başladığını və sentyabrda planın dəqiq formasının açıqlanacağını deyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, prezidentin avtobus turu Ağ Ev tədbirlərindən olub rəsmi xarakter daşısa da, rəqiblərinə görə, Obama artıq seçki kampaniyasına start verib. 
Obama İovada açıqlama verərkən dünən partiyadaxili səsvermələrin birinci mərhələsində qalib olan xanım Baxman Nyu-Yorkda keçirdiyi mətbuat konfransında işsizliyin 9%-i keçdiyi bir ölkədə Obamanın ikinci dəfə prezident olmaq ümidlərinin əbəs olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-4315.html