Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-da iranlı biznesmen azadlıqdan məhrum olunub
17.08.11 02:22

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında iranlı biznesmen ölkəsinə raket hissələri və radio avadanlığı göndərməkdə ittiham edilərək 4 il müddətinə azadlıqdan məhrum olunub. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Davud Baniameri may ayında ABŞ hökumətinin icazəsi olmadan İrana müxtəlif texnika və müdafiə məqsədilə avadanlıq göndərdiyini boynuna alıb. Rəsmilər bu materialların heç birinin İrana çatmadığını bildirir. 
Davud Baniameri 2009-cu ildə həbs edilmişdi. İşlə əlaqədar daha iki şəxsə qarşı ittihamlar irəli sürülüb. Onlardan biri ABŞ-da vətəndaşlıq almış əslən iranlı Andro Letemi məhkəməni gözləyir. ABŞ Ədliyyə Nazirliyi bəyan edir ki, İran vətəndaşı olan Səid Məcid Musəvi adlı üçüncü şəxs axtarışdadır. Onun İranda olduğu ehtimal edilir.
URL / WWW
http://kelam.az/article/a-4314.html