Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
16.08.11 19:22

Bu gün Bəxtiyar Vahabzadənin doğum tarixidir. Yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” şeri ilə başlayan Bəxtiyar Vahabzadə sonralar “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət”, “Leninlə söhbət”, “Muğam”, “Gülüstan” adlı şer və poemalar yazaraq xalqın Bəxtiyarına çevrilib. 
Əsərləri dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilən şair 70-dən artıq şeir kitabı, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
1925-2009. Bu rəqəmlər Bəxtiyar Vahabzadənin həyata gözünü açıb-yumduğu illəri göstərir. 84 il. Bu heç də böyük göstərici deyil, ömrünü qələminə və maarifə həsr edən bir insan üçün. O qələmə ki, “Ayaqlar altında yer oldu tapdaq., Sirrini, məğzini bilmədik ancaq... Tapdaq etdiyimiz bu qara torpaq., Əbədi mənzilin damı deyilmi?” deyə hayqırırdı. O maarifə ki, “Nə qədər istəyirsə, min o qədər fırlana., Qarşıma gah şər çıxa, gah xeyir dığırlana., Çərxi-fələk istəyir lap dolana tərsinə., Əqidəmi heç nəyə dəyişmərəm mən yenə” deyərək xalqı tarixinə sahib çıxmağa səsləyirdi.
Xatırladaq ki, Bəxtiyar Vahabzadə uzun sürən xəstəlikdən sonra 84 yaşında Bakıda vəfat edib.
URL / WWW
http://kelam.az/article/a-4313.html