Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Əziz PÜNHAN. EYPUL
16.08.11 19:06

Masallı İşıq İdarəsinin 3 aylıq müdiri 
Aydın Məmmadova "ithaf' edirəm

Dini imammsan ey pul, Cismidə cammsan ey pul, Qeyrətim, arımsan ey pul, Sən mənim peyğəmbərimsən Həm ulu tanrımsan ey pul.


Abruyi iffəti mən neynirəm,
Qız gəlin tək isməti mən neynirəm,
Pul gələ, boş qeyrəti mən neynirəm,
Sən mənim heysiyyətimsən
Həm ulu tanrımsan ey pul.

Kişi məfhumi deyil aid mənə,
Qeyrətu, namus qoy olsun yad mənə,
Moizən etməz əsər zahid, mənə,
Sən mənim xoşqeyrətimsən
Həm ulu tanrımsan ey pul.

Tapşmb Quran bizə peyğəmbəri,
Ayeyi-təthir Ali Heydəri,
Puldan ötrü qıraram seyyidləri,
Xislətim, keyfiyyətimsən
Həm ulu tanrımsan ey pul.

Kimdi aləmdə Əziz Pünhan tanı,
Dad sözündən şairin ol mehmanı,
Bu kəlamtək yaxşı söz-söhbət hanı,
İndisə bəd niyyətimsən,
Həm ulu tanrımsan ey ul.
URL / WWW
http://kelam.az/article/a-4312.html