Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Əziz PÜNHAN. AY ZALIM
16.08.11 19:06

Deyirsən ki, beş il ömrümüz keçib, 
Böyük zövq yaşıdıb məhəbbət mənə.
Ay zalım, eşq üçün beş il nədir ki,
Min il də eyləməz kifayət mənə.


Deyirsən hər bahar açmaz bu gülşən, Təbiət bu eşqə kəsilər düşmən,
Ay zalım, o bahar, gülşən mənəm mən, Məhəbbətdə yoxdur qənaət mənə.

Deyirsən belədir düyada adət,
Hər şey qayıdacaq olsa əmanət.
Ay zalım, ondaydı əsl səadət,
Etmə xoşbəxtlikdən şikayət mənə.

Deyirsən hamının eynidir meyli,
Hərdən aşiqlər də olur gileyli,
Ay zalım, mən Məcnun, sən də ki Leyli, Daha lazım deyil rəvayət mənə.

Deyirsən son qoyaq gərək hər şeyə, Dünyada doyunca gəzmişik deyə.
Ay zalım, bu həftə bir yad ölkəyə, Sənsiz zövq vermədi səyahət mənə.

Deyirsən hər şeyi düzəldər zaman, Unut olanlan ey Əziz Pünhan.
Ay zalım, özünü unutmaz insan,
Tarix bunu sayar qəbahət mənə.
URL / WWW
http://kelam.az/article/a-4311.html