Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Əziz PÜNHAN. QƏZƏL
16.08.11 19:06

Bizə Allah yetirən incə nəzərdir Ramazan, 
Nəxli-imanda bitən dadlı səmərdir Ramazan.

Onda Əhməd adı var, ondadı Zəhra nəfəsi,
Etsin üst-üstə hesab oniki nəfərdir Ramazan.


Allah ali qonağın dəvət edib bu ayda,
Şahi-mərdanə şəhadətdu, xəbərdir Ramazan.

Bir əsərdir bu cahan, Xaliq edibdir inşa,
Bu əsər içrə nihan ali əsərdir Ramazan.

Bir qoşundur ki, qılıncın yeridir nəfs üstə,
Şeytanın qarşısına səddir, sipərdir Ramazan.

Onda var bir gecə min ayı keçər fəzlində,
Kim ona yetsə bilər bəhri-bəhərdir Ramazan.

Gözsüz insan qalar aləmdə hüsndən məhram,
Eşqi fəhm etmək üçün nuri-bəşərdir Ramazan.

Ruhunu zənn edirəm çoxdan itirmişdir o kəs,
Düşünə bir yol əgər cismə zərərdir Ramazan.

Bu Hüseynin yoludur, sən get Əziz Pünhan ki,
Nəfsi ram etməyə meydani-hünərdir Ramazan.



Qoyacaqsan məni hicran ilə naçar, nə qədər,
Olacaqsan mənə sən söylə inadkar, nə qədər.

Mən yaxın, sən də yaxın, yoxdu bu halım soruşan,
Edəcəksən məni yadlarla xəbərdar, nə qədər.

Bir dağam üstümə gün şöləsi düşmür nə edim,
Firqətində başıma yağmalıdır qar, nə qədər.

Susuzam, teşnə qalıb vəslinə əfqan edirəm.
Susuz olduqda düşün, nəxl verər bar, nə qədər.

Əqlim ilə məni sənsiz düşünüb ah çəkirəm,
Ürəyim sənlə qalıb eyləsin inkar, nə qədər.

Ayrılıq ilə qocaltma bu cavan aşiqini,
Hələ dağ çapmağa bazudə gücüm var nə qədər.

Aç vüsalın qapısın aşiqi pişvaza yetiş,
Qalsın öz taxtına həsrətdə bu sərdar, nə qədər.
URL / WWW
http://kelam.az/article/a-4310.html