Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib
10.12.09 04:22

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda əsas məsələ, 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında fizika fənnindən tətbiq ediləcək test modelinin müzakirəsi olub. Müzakirəyə təqdim olunmuş test tapşırıqlarının hər biri elmi-metodiki baxımdan mürəkkəblik dərəcəsinə və nominasiyalara görə ciddi təhlil edilərək, məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini, fiziki hadisə və proseslərin mahiyyətinin açılmasını tələb edən keyfiyyət və hesablama xarakterli yalnız 4 test tapşırığı qəbul edilib.Bu tapşırıqlar, molekulyar kinetik nəzəriyyənin əsasları, termodinamika, maddənin aqreqat halları; doymuş və doymamış buxar, elektrik yükü, elektrik sahəsindən ibarətdir. Növbəti seminar iclasında müzakirə davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-431.html