Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision–2012”-də iştirak edəcək ölkələrin sayı 29-a çatdı
13.08.11 02:49

Ölkəmizdə ilk dəfə keçiriləcək “Eurovision–2012” mahnı yarışmasında iştirak etmək istəyən daha 4 ölkə təsdiqlənib. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, hələlik son olaraq təsdiqlənən ölkələr İspaniya, Fransa, Yunanıstan və Bosniya-Herseqovina olub. Qeyd edək ki, Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün bu vaxta qədər təsdiqlənən ölkələrin sayı Azərbaycan da daxil olmaqla - Türkiyə, Almaniya, Avstriya, Belçika, Belarus, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, İsveç, İsveçrə, İsrail, İtaliya, Kipr, Gürcüstan, Macarıstan, Niderland, Norveç, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, İspaniya, Fransa, Yunanıstan və Bosniya-Herseqovina olmaqla 29-a çatıb.
URL / WWW
http://kelam.az/article/a-4307.html