Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Alman adəti: iş yerində öpüşmək olmaz
12.08.11 19:49

Almaniyada iş yerində öpüşmək etik normalara ziddir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, etik normalar və cəmiyyətdəki yazılmamış qanunlarla bağlı fəaliyyət göstərən və immiqrantlara təlimlər verən Knigge cəmiyyəti əvvəlcə məhz bu vacib detaldan başlayır. Cəmiyyətin sədri Hans Mişel Kleyn bununla bağlı şikayət məktublarının son zamanlar çox artdığını bildirib. Belə ki, almanlar nə qədər səmimi və istiqanlı olsalar da, xüsusilə alman xanımlar üçün öpüşmək erotik ünsürdür və bu, bədən təması qurmağa çalışan insanların metodudur. Almanlara xas olmayan bu adət Fransa, İtaliya, Cənubi Amerika və Şərqi Avropadan gələnlər üçün olduqca adidir. Almanlar isə “bu pis və dözülməz vərdişə” son qoymaq üçün hava limanında xarici vətəndaşlara davranış qaydalarını göstərən kitabçalar payalanmasını tələb edir.
URL / WWW
http://kelam.az/article/a-4306.html