Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ əsgərləri əfqan polisinə atəş açıb
12.08.11 19:49

NATO və əfqan təhlükəsizlik xidməti əməkdaşları əfqan polisinin ABŞ əsgərlərinin onlara atəş açdığı ilə bağlı qaldırdıqları ittihamı araşdırır. “KƏLAMİNFO” “LATimes”a istinadən xəbər verir ki, hadisə şahidləri hücum nəticəsində 4 əfqan polisinin öldüyünü, ikisinin isə yaralandığını bildirib. Xəstəxanaya aparılan yaralı polislər ABŞ əsgərlərinin Qəndaharda əfqan polisinin fəaliyyətinə imkan vermədiklərini deyiblər. NATO rəsmiləri hadisə ilə bağlı verdikləri açıqlamada polislərin iddialarını əsassız adlandırıblar və hadisənin araşdırılacağını vurğulayıblar. Onlar, həmçinin qeyd ediblər ki, əfqan polisinin NATO qüvvələrinə hücumu və ya atəş açması adət halını almış olsa da, NATO-ya məxsus qüvvələrin yerli polisə atəş açması nadir təsadüf olunan haldır. Buna görə də hadisənin motivləri araşdırılır.
URL / WWW
http://kelam.az/article/a-4305.html