Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahanda iştirak etmək üçün 31272 abituriyent ərizə təqdim edib
13.08.11 02:49

Cari tədris ilində ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. M.Abbaszadə bildirib ki, qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub. TQDK sədri qeyd edib ki, xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər yaradıcılıq qabiliyyətlərinin yoxlanılması məqsədilə seçmə turda iştirak ediblər. “Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. İlkin statistik məlumata əsasən ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahanda iştirak etmək üçün 31272 abituriyent ərizə təqdim edib”-deyə TQDK səədri vurğulayıb. Onun sözlərinə görə, qəbul imtahanı avqustun 28-də keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4302.html