Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət Qulluğu Məsələləri üzrə Komissiya açıq tender elan edib
12.08.11 19:49

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsini keçirmək üçün tətbiqi proqram təminatının satınalması üzrə açıq tender elan edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DQMK-dan veriblər. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər müvafiq hesaba 500 manat köçürməlidir. İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) iş qrafiki, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 26 sentyabr 2011-ci il saat 17:00-dək DQMK-ya (ünvan: K. Rəhimov küçəsi, 874-cü məhəllə, indeks AZ1110. Əlaqələndirici şəxs: Vüsal Həmidov Telefon: 465-87-93, daxili 204 Faks: 465-87-96) təqdim etməlidirlər.Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. Təklif zərfləri 07 oktyabr 2011-ci il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
URL / WWW
http://kelam.az/article/a-4301.html