Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ermənistan siyasətinin ağıl testinə ehtiyacı var
09.12.09 20:22

Ermənistan siyasətinin gedişatını izlədikcə bu dövlətin hakim dairələrinin artıq ağıl testinə ehtiyacı olduğunu aydın müşahidə etmək olar. KƏLAMİNFO xəbər verir ki, bu barədə Mübariz Əhmədoğlu jurnalistlərə açıqlamasında bildirib. M.Əhmədoğlu Ermənistanın bütün xərclərini hərbiyə yatırmasını, elmi və təhsili tamamilə diqqətdən kənar saxlamasını, bu ölkə cəmiyyətinin çox yaxın zamanlarda daha çox sosial-psixoloji gərginlik keçirməsilə nəticələnəcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, ilin əvvəlindən avqust ayına qədər Avropa İttifaqının Ermənistana 100 mln. ABŞ dollları ayırmasına baxmayaraq, bu yardımdan cüzi də olsa bu ölkədə hərbidən başqa digər sahələrə yatırım edilməyib. Ən çox gəlir gətirən sahələrin elm və digər istehsalat sahələrinin olduğunu, Ermənistanın isə bu sahələrdən kəsib büdcəsini sırf hərbə yönəltdiyini nəzərə çatdıran M.Əhmədoğlu ölkənin iqtisadi durumunun yaxın gələcəkdə daha acınacaqlı durumda olacağını nəzərə çatdırıb. “Ermənistanın hazırkı büdcəsi 1,8 mlrd. təşkil edirsə, xarici borcu 4,6 milyarddan çoxdur. Buna baxmayaraq Ermənistan yenə də xaricdən gələn yardımları gəlir verən sahələrə yönəldə bilmir”-deyə, M.Əhmədoğlu söyləyib.
URL / WWW
http://kelam.az/article/a-430.html