Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə hərbi komissarların həbsindən danışdı
13.08.11 02:49

“Yeni tədris ilinin başlanğıcında keçiriləcək rezidentura imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) sənəd verən tələbələrdən kim Təhsil Nazirliyi tərəfindən verilən diploma sahibdirsə, o da imtahanlara buraxacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadə qeyd edib ki, bu məsələ ilə bağlı TQDK ilə Odlar Yurdu Universiteti arasında yaranan problemin kökündə bu ali məktəbin oğlan tələbələrinin rezidentura imtahanlarına qədər hərbi xidmətdən möhlət hüququ alması dayanırdı. “TQDK bu il ilk dəfə keçiriləcək rezidentura imtahanlarında iştirak etmələri üçün Müdafiə Nazirliyinə yalnız Tibb Universitetinin oğlan tələbələrinə möhlət hüququ verilməsi ilə bağlı müraciət edib. Digər universitetlərdə tibb təhsili alan və həmin yerlərdə necə oxuduqları bəlli olmayan tələbələrlə bağlı nazirliyə müraciət etmədik. Ola bilsin, onlar bu problemlərini hansısa yolla həll ediblər. Ancaq mən tez-tez görürəm ki, Korrupsiya ilə Mübarizə İdarəsi qanunsuz fəaliyyətlə məşğul olan hərbi komissarları həbs edir” - deyə M.Abbaszadə vurğulayıb. Qeyd edək ki, bir müddət əvvəl TQDK sədri Odlar Yurdu Universitetinin tibb fakültəsinin oğlan tələbələrinə rezidentura imtahanlarında iştirak etmək üçün möhlət hüququ verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyəcəyini açıqlamışdı. Belə olan halda isə həmin ali məktəbin tibb fakültəsinin tələbələri hərbi xidmətə gedəcəkləri üçün rezidentura imtahanlarında iştirak hüququndan məhrum olacaqdılar.
URL / WWW
http://kelam.az/article/a-4299.html