Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub
12.08.11 19:49

Cari tədris ili üçün ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu il əlaçı attestat alanların 1,2 faizi 0-100 bal arasında nəticə göstərib. “Nəzərə alsaq ki, 2004-cü ildə bu nəticə 14 faizə bərabər idi, bu il göstərici yaxşılaşıb, lakin yalançı əlaçıların sayı daha da yaxşılaşmalıdır” - deyə MAbbaszadə vurğulayıb. Onun sözlərinə görə, qəbul imtahanlarında 0-100 bal toplayan şəxslər “2” kimi qiymətləndirilir. “Lakin attestat qiyməti “3” olan 87 faiz abituriyent 100 baldan çox toplaya bilməyib. Bu da həmin şəxslərin attestat qiymətini şübhə altına alır” - deyə o, əlavə edib. O deyir ki, TQDK-nın nümayiş etdirdiyi nəticələrin aşkarlığı yalançı attestat qiymətlərinin aşkarlanmasına təsir göstərir. “Ümumilikdə bu il orta məktəbi qızıl diplomla və əlaçı bitirənlərin qəbul imtahanlarında orta balı 500 bal təşkil edib” - deyə M.Abbaszadə bildirib.
URL / WWW
http://kelam.az/article/a-4298.html