Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fazil Mustafa “Eks-prezident statusu haqqında” layihə təqdim edib
13.08.11 02:49

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa qəbul olunacağı gözlənilən “Eks-prezident statusu haqqında” qanunla bağlı Milli Məclisə layihə təqdim edib. Bu barədə “KƏLAMİNFO” F.Mustafa özü bildirib. Layihə barədə məlumat verən millət vəkili deyib ki, burada eks-prezident statusu həm Ayaz Mütəllibova, həm mərhum Əbülfəz Elçibəyə, həm də mərhum Heydər Əliyeva şamil edilir. Onun sözlərinə görə, təqdim etdiyi layihə hazırda müvafiq komitənin gündəliyinə daxil edilib və parlamentin payız sessiyasında müzakirəyə çıxarıla bilər. “Fikrimcə, Azərbaycan müstəqillik qazandıqdan sonra bu ölkədə rəsmi olaraq kim prezident olubsa, eks-prezident statusu onların hamısına şamil olunmalıdır və bunda heç bir problem yoxdur” - deyə F.Mustafa vurğulayıb. Millət vəkili onu da əlavə edib ki, layihədə eks-prezidentlər və onların ailəsi üçün nəzərdə tutulan status beynəlxalq prinsiplərə əsaslanır. Qeyd edək ki, Milli Məclisin payız sessiyasında Azərbaycanda “Eks-prezident statusu haqqında” qanun layihəsinin qəbul olunacağı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-4297.html