Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Qurbanlı: Qarabağ münaqişəsindən Azərbaycana qarşı təzyiq kimi istifadə etmək əhəmiyyətsizdir
13.08.11 02:49

“Reallıq ondan ibarətdir ki, Rusiya vasitəçi olaraq Dağlıq Qarabağ münaqişənin həllinə maraq göstərir. Bunun başlıca səbəblərindən biri Rusiyanın xarici siyasətində müəyyən keyfiyyət dəyişikliyinin baş verməsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, həmişə təzyiq dili ilə danışmaq istənilən nəticəni vermir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi də yarandığı vaxtdan bəzi dövlətlərin Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməsi istənilən nəticəni verməyib. “Azərbaycan ağır, çətin yol keçib, amma düzgün balans siyasəti, iqtisadi siyasət təzyiqlərə imkan verməyib. Çünki ölkəmizin siyasəti çox güclü işlənib hazırlanıb və bu da öz nəticəsini verməkdədir. Ona görə də bu münaqişədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadənin əhəmiyyətsizliyi üzə çıxıb. Bu münaqişədən Azərbaycana təzyiq kimi istifadə edib onu tutduğu siyasi xətdən çəkindirmək mümkün deyil. Baxmayaraq ki, 20 faiz torpağımız işğal altındadır, biz bu münaqişənin təsiri və təzyiqi ilə hansısa siyasətimizi ertələmədik, geri çəkilmədik, onu davam etdirdik” - deyə YAP icra katibinin müavini vurğulayıb. M.Qurbanlı qeyd edib ki, Ermənistanın ağır vəziyyətdə olması da bəzi qüvvələri Qarabağ probleminin həllini tezləşdirməyə sövq edir.
URL / WWW
http://kelam.az/article/a-4296.html