Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Prokurorluqda işlə qəbulla əlaqədar keçirilən imtahanda uğur qazananların siyahısı açıqlanıb
13.08.11 02:49

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilən yazılı imtahanda uğur qazanan namizədlərin siyahısı açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Baş Prokurorluğun mətbuat xidmətindən veriblər. Yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçən namizədlərin siyahısı Baş Prokurorluğun saytında (http://www.genprosecutor.gov.az/index.php?/az/news/view/274/) yerləşdirilib. Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət əldə edən 136 namizəd Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 15 avqust 2011-ci il tarixdən şəxsiyyət vəsiqəsini təqdim edərək tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcək. Müsahibə mərhələsi 2011-ci il avqustun 18-dən etibarən Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7). Namizədlər həmin gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər. Namizədlər şəxsiyyət vəsiqəsini təqdim etməklə müsahibədə iştirak etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-4295.html