Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Qahirədə “Azərbaycan günü” keçirilib
12.08.11 19:49

Azərbaycanın müstəqilliyinin 20 illiyi çərçivəsində İSESCO-un rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Dr. Salah Əlcəfəravinin (əvvəllər İSESCO-un Avropa və Amerika üzrə nümayəndəsi olmuşdur) iştirakı ilə Misirin ictimai-siyasi və mədəniyyət xadimlərinin, din adamlarının, işgüzar dairələrin və gənclərin iştirakı ilə Qahirədə “Azərbaycan günü” keçirilib. Tədbirdə Azərbaycanla bağlı Misirin “Nil” peyk televiziya kanalı tərəfindən bir saatlıq veriliş hazırlanıb və efirə verilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Misirdəki səfirliyimizdən veriblər. “Azərbaycan günü”nə həsr olunmuş bir saatlıq verilişdə səfir Ş.Abdullayev və Dr. Salah Əlcəfəravi çıxış edib və “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli gənclər öz təəssüratlarını bölüşüblər. Verilişdə çıxış edən səfir Ş.Abdullayev Azərbaycanın müstəqillik tarixi, şərqin ilik demokratik respublikası olan ADR-in yaranması və tənəzzülü, 1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsi və müstəqilliyinin ilk illərindən Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti və belə bir çətin vəziyyətdə Azərbaycan xalqının təkidi və israrlı xahişi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması və bununla da Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanması haqqında televiziya tamaşaçılarına məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı danışan səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti və xüsusilə Xocalı faciəsi haqqında televiziya tamaşaçılarına məlumat verib. Dr. S.Əlcəfaravi Azərbaycanın tarixən İslam mədəniyyətinin inkişafında mühüm rol oynadığını qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsi və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət abidələrinin məhv edilməsi kimi məsələlərə diqqəti çəkib.
URL / WWW
http://kelam.az/article/a-4294.html