Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İqbal Ağazadə: “İctimai Palata müxalifətin müəyyən kəsimini özündə birləşdirən strukturdur”
11.08.11 17:39

“Parlamentdə təmsil olunmayan bəzi müxalif qrupları əhatə edən İctimai Palata müxalifətin müəyyən kəsimini özündə birləşdirən strukturdur və bu qurum ölkə müxalifətini tam əhatə etmir.
Bu qurumda təmsil olunmaq məsələsi isə istəkdən irəli gəlir. Ona görə də iri nəticələrə nail ola bilmirlər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.Millət vəkili qeyd edib ki, qurum yaranarkən orada təmsil olunanlar təmsilçiliyi bir başqa formada olmasını, biz isə müxalifətin vahid şəkildə təmsil olunmasını istəyirdik. “Maraqlar təmsilçilik məsələsində uzlaşmadığı üçün biz orada iştirak etmədik. İctimai Palatanın yaranmasındakı yanaşma tərzi təəssüflər olsun ki, bəzi müxalifət partiyaları indiyə qədər olan ictimai birliklər ənənəsindən kənara çıxa bimirlər”,-deyə İ.Ağazadə vurğulayıb. O, deyib ki, tarixdə biz də belə qurumların fəaliyyətinin nəticəsinin necə acı sonluqla bitməsinin şahidi olmuşuq. “Biz daha çox fərdləri deyil, siyasi təşkilatları özündə birləşdirən siyasi qurumun yaradılmasının tərəfdarıyıq ki, qurumda qəbul olunan qərarların da məsuliyyətini siyasi təşkilatlar öz üzərinə götürsünlər”,-deyə partiya sədri əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4285.html