Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Qurbanlı: “Azərbaycan status-kvonun saxlanmasının əleyhinədir”
12.08.11 00:39

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar irəli sürdüyü konsepsiya beynəlxalq hüquqa söykənir. Prezident İlham Əliyevin Soçi şəhərində Rusiya prezidenti Dmitri Medvedev ilə görüşü də əsasən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində aparılan danışıqların növbəti mərhələsini təşkil edir”.
“KƏLAMİNFO” xəbər verir ki, bunları yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O, bir müddət öncə Kazanda üçtərəfli görüş keçirildiyini xatırladaraq bildirib ki, Ermənistanın indiki vəziyyəti, ağır sosial-iqtisadi problemlərlə üz-üzə qaldığı bir şəraitdə Rusiya bu münaqişənin həllində daha çox fəallıq göstərməkdədir. Onun sözlərinə görə, prezident İlham Əliyev bütün görüşlərdə Azərbaycanın Qarabağla əlaqədar müəyyən etdiyi konsepsiyanı aydın şəkildə diqqətə çatdırıb.“Beynəlxalq hüququn norma və prinsipləri ərazi bütövlüyünü və suverenliyi ön plana çəkir. Ərazi bütövlüyü və suverenlik məsələsi də bu danışıqlarda Azərbaycan tərəfinin irəli sürdüyü başlıca fikirdir. O da məlumdur ki, Kazanda keçirilən görüş erməni diplomatiyasının faktiki olaraq dalana dirənməsi ilə özünü göstərdi. Yəni dövlətimizin ədalətli, obyektiv mövqeyi qarşısında ermənilər hansısa başqa fikir ortaya qoya bilmir. Bütün hallarda Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktı göz önündədir və bunu inkar etmək mümkün deyil. Ona görə də Kazan görüşündə müəyyən nəticəyə gəlinməməsi məhz Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi ilə bağlı idi” - deyə M.Qurbanlı vurğulayıb.
Millət vəkili deyir ki, Kazan görüşündən sonra Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi vasitəçilik missiyasını davam etdirir. Onun fikrincə, iki dövlət başçısının Soçi görüşü də Kazan görüşündə ortaya çıxan məsələlərin müzakirəsinə yönəldi. “Prezident İlham Əliyev bu görüşdə bir daha bildirib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə hazırdır. Bu münaqişənin həllinə ən çox Azərbaycan maraqlıdır. Azərbaycan tərəfi status-kvonun saxlanmasının əleyhinədir. Əlbəttə, bu gün dünyada gedən proseslər baxımından məsələyə yanaşsaq, Ermənistanın iqtisadi cəhətdən tamamilə çökdüyünü görməkdəyik. Belə olan şəraitdə bu münaqişəni həll etməklə Ermənistanı regional layihələrə daxil etmək və onu bir növ xilas etmək istiqamətində addımlar atılır. Buna görə də fəallıq özünü açıq şəkildə büruzə verir. Düşünürəm ki, Soçi görüşündən sonra Rusiya prezidentinin Ermənistan prezidentilə, daha sonra isə üçtərəfli görüşün keçirilməsi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə mühüm və əhəmiyyətli addımlardan biri olacaq” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4284.html