Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Müsəlmanların sayı artır
12.08.11 03:31

20 il ərzində İslam inanclılarının sayı 2 milyardı keçəcək

Yaxın 20 il ərzində dünyada müsəlman əhalisinin 35 faiz arta bilər. Bu proqnoz  İslam Forumunun “Din və ictimai həyat” Tədqiqat Mərkəzi tərəfindən açıqlanıb. Mərkəzin hazırladığı hesabata görə, 2030-cu ilədək müsəlmanların sayının 1 milyard 600 milyondan 2 milyard 200 milyonadək artacağı gözlənilir. Yaxın Şərq və Şimali Afrika regionunda bu artım daha çox olacaq. Hesabata görə, 20 il ərzində təkcə Yaxın Şərqin və Şimali Afrikanın müsəlman əhalisinin 321 milyondan 439 milyona qədər çoxalacağı gözlənilir. Bu, 1990-cı ilə nisbətən 2 dəfə yüksək göstəricidir. 2020-ci ildən müsəlman əhalisinin hər il 1,4 faiz artımı planlaşdırılır. Bu baxımdan ən yüksək göstərici ABŞ-da gözlənilir ki, bu da ölkədəki mühacirlərin sayının müntəzəm olaraq artması ilə əlaqəlidir.
URL / WWW
http://kelam.az/article/a-4274.html