Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əhməd Davudoğlu: “Əsədlə görüşün nəticəsini irəliləyən zaman içində görəcəyik”
11.08.11 02:49

Dünən baş tutan Əsəd-Davudoğlu görüşündən sonra Türkiyə xarici işlər naziri heç bir açıqlama vermədən Suriyanı tərk edib. Görüşə aid ilk açıqlama isə bu gün rəsmi Ankaradan gəlib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, nazir mühüm addımlar atıldığını bildirib. O qeyd edib ki, görüşdə Türkiyənin qəti mövqeyi açıqlanıb. “Mən Əsədin nə dediyini burda kəlmə-kəlmə açıqlaya bilmərəm. Lakin prezidentlə görüşümüzdə “terror” sözü keçmədi. O bildirdi ki, sadəcə, bir qrup yaraqlı ölkədəki sabitliyi pozmağa çalışır. Hökumət isə onlarla mübarizə aparır. Biz isə Türkiyənin günahsız insanların qətli ilə bağlı narahatlığını çatdırdıq. Suriyada qısa bir zamanda reformasiya tədbirlərinin gerçəkləşdiriləcəyinə ümid etdiyimizi bəyan etdik. Görüşün nəticəsini isə irəliləyən zaman içində görəcəyik”. Məlumat üçün onu da bildirək ki, prezidentlə nazirin görüşü 6 saat davam edib.
URL / WWW
http://kelam.az/article/a-4263.html