Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Hərbi təcavüz Rusiyanı çıxılmaz vəziyyətə sala bilər”
11.08.11 02:36

“Bütün bəyanatlara baxmayaraq, heç inandırıcı deyil ki, Rusiya indiki şəraitdə hansısa səbəbdən Gürcüstanı işğal etmək istəsin, ümumiyyətlə, Cənubi Qafqazda yeni müharibəyə başlasın”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, heç bir əsas olmadan başqa bir dövlətə qarşı hərbi təcavüzə yol vermək Rusiyanı xüsusən də indiki müxtəlif geosiyasi gəlişmələr fonunda çıxılmaz vəziyyətə sala bilər. “Amma gərək Gürcüstan da Cənubi Osetiyanı və ya Abxaziyanı işğaldan azad etmək kimi planlarla yanlışlığa yol verib, Rusiyaya rəvac verməsin” - deyə Ə.Oruclu vurğulayıb. Politoloq deyir ki, Rusiya bu dönəmdə Cənubi Qafqazda hərbi qarşıdurmalarda maraqlı olmamalıdır. “Çünki bu gün qaynar qazanı xatırladan Qafqaz regionu faktiki olaraq Rusiyanın üzərində bir detonatordur və bu detonatorun yaxınlığında partlayış törətmək Rusiyaya lazım deyil” - deyə o, əlavə edib. Qeyd edək ki, bu günlərdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze rus-gürcü müharibəsinin üçüncü ildönümünə həsr olunmuş mətbuat konfransında ölkəsinin ərazi bütövlüyünün bu günə kimi Rusiya dövləti tərəfindən kobudcasına pozulduğunu vurğulayıb.Onun sözlərinə görə, indinin özündə də Rusiya Cənubi Qafqazda müharibəyə ciddi hazırlaşır.
URL / WWW
http://kelam.az/article/a-4261.html