Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Xaqani Şirvaninin vəfatının 810 illiyi ilə əlaqədar milli seminar keçiriləcək
10.12.09 03:20

Dekabrın 11-də dahi Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin vəfatının 810 illiyi və “Bakı- İslam mədəniyyətinin paytaxtı” tədbirlər planına əsasən M. F. Axundov adına Milli Kitabxanada şairin yaradıcılığına həsr olunan milli seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbir İSESKO-nun Regional Mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə təşkil ediləcək.Seminarın sədri AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev olacaq. Tədbiri giriş sözü ilə nazir müavini Ədalət Vəliyev açacaq. Seminarda akademik Vasim Məmmədəliyev Əfzələddin Xaqani yaradıcılığında “Mədain xərabələri” poeması ilə bağlı məruzə ilə çıxış edəcək.
URL / WWW
http://kelam.az/article/a-426.html