Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İngiltərədə Beynəlxalq Folklor Festivalı başlayıb
10.08.11 15:00

300-dən çox sənətkarın rəqs, musiqi ifası, əl işlərini nümayiş etdirdiyi, paradlar, sərgilər, seminarlarla bol olan 47-ci Billingem Beynəlxalq Folklor Festivalı start götürüb. “KƏLAMİNFO” “Sabah” qəzetinə istinadən xəbər verir ki, Belarus, Kosta Rika, Macarıstan, Gürcüstan, Koreya, Serbiya və s. kimi ölkələrdən olan folklor qruplarının iştirak edəcəyi festival şənbə gününə kimi İngiltərənin müxtəlif məkanlarda baş tutacaq. Qeyd edək ki, hər günün öz planlaşdırılmış proqramı olan festivalda uşaqlar üçün də xüsusi tədbirlər təşkil olunub. Sonuncu gün isə bütün qrupların iştirakı ilə Festival Arenada əlvida qala konserti və eyni zamanda boru və zərb alətlərinin konserti də təşkil olunacaq. Festival atəşfəşanlıqla bitəcək.
URL / WWW
http://kelam.az/article/a-4259.html