Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Abdulla Gül: Qafqazın sabitliyi Türkiyə üçün əhəmiyyətlidir
10.08.11 15:00

Qafqaz və Orta Asiya regionlarının sabitliyi Türkiyə üçün əhəmiyyətlidir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Yaponiyanın ən böyük iqtisadiyyat qəzeti olan “Nihon Keizai Shimbuna” (Nikkei) müsahibəsində Türkiyə prezidenti Abdulla Gül söyləyib. “Türkiyənin yüksəlişi: regional liderliyə” başlığı altında verilən müsahibədə A.Gül əlavə edib ki, Türkdilli ölkələrlə Türkiyənin bağları möhkəmdir və bu bölgələrin sabitliyi Türkiyə üçün maraqlıdır. Ölkəsinin regionda lider dövlət olduğuna diqqət çəkən A.Gül Türkiyənin daxili və xarici diplomatiyasından bəhs edərək bölgədə problemlərin mövcudluğunu da qeyd edib. Türkiyənin Orta şərq, Balkanlar və Qafqaza yönəlik diplomatiyasından danışan prezident bildirib ki, gələcəkdə mövcud problemlərdən çıxmağı qarşıya məqsəd qoyublar. Bütün bölgə və qitələrlə əlaqələrin möhkəmləndirməsini arzu edən A.Gül qeyd edib ki, bəzi qruplar bunu anlaya bilmir, ya da qəbul etməkdə çətinlik çəkirlər.
URL / WWW
http://kelam.az/article/a-4258.html