Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Magistraturalarda boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı
10.08.11 15:00

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri bu gün saat 15:00-da TQDK-nın internet saytında yerləşdirilib. Qəbul olan bakalavrların siyahısı “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq. Müsabiqə nəticəsində 327 magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanmışlar. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar bu il avqustun 11-dən 19-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
URL / WWW
http://kelam.az/article/a-4257.html