Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və Rusiya prezidentləri görüşüb
10.08.11 15:00

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedyev arasında Soçidə görüş keçirilib. Görüş zamanı ikitərəfli münasibətlər, həmçinin aktual regional məsələlər müzakirə edilib, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin vəziyyətinə dair fikir mübadiləsi aparılıb. RF prezidentinin rəsmi saytına istinadən “KƏLAMİNFO” xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunan D.Medvedyev bildirib ki, regional problemlərin həlli Rusiya üçün çox vacibdir. «Əlbəttə, əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsidir. Burada mən axırıncı üçtərəfli görüşümüzü nəzərə almaqla bundan sonra nə edəcəyimiz barədə səmimi söhbət aparmaq istəyirəm. Biz yaxın ölkələrik, biz qonşuyuq, biz çox yaxın dostlarıq, tərəfdaşıq. Regionumuzda vəziyyətin necə inkişaf etməsindən bütünlüklə regionun, bizim ölkələrimizin, xalqlarımızın əhvalı asılıdır» deyən Dmitri Medvedyev İlham Əliyevlə məsləhətləşmələr aparmaq istədiyini bildirib. Azərbaycan prezidenti öz növbəsində rusiyalı həmkarına Qarabağ məsələsinin həllində Rusiyanın göstərdiyi səylərə görə minnətdarlığını bildirib. «Azərbaycan Qarabağ münaqişəsinin həllində, bütün köçkünlərin yaşayış yerlərinə qayıtmasında, regionda sülhün, sabitliyin, əməkdaşlığın hökm sürməsində daha çox maraqlı ölkədir. Əlbəttə, həll prinsipləri beynəlxalq hüquq normaları, sağlam düşüncəni əks etdirən prinsiplərdir. Münaqişənin tezliklə həlli bütün ölkələrin marağındadır» - deyə İlham Əliyev qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-4256.html