Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Uşaqların fəlakət riskinin azaldılmasına dair maarifləndirilməsi” adlı Dəyirmi masa keçirilib
09.08.11 19:05

Bu gün Bakıda “Hyatt Regency” otelində “Uşaqların fəlakət riskinin azaldılmasına dair maarifləndirilməsi” adlı Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, toplantı Avropa Komissiyasının Humanitar Yardım Şöbəsinin dəstəyi ilə UNICEF, Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə həyata keçirdikləri “Təhsildə fəlakət riskinin azaldılması” layihəsi çərçivəsində baş tutub. Tədbirdə layihənin rəhbəri, UNICEF-in Bakı nümayəndəliyinin Təhsil üzrə müvəkkili xanım Ausliq Falkoner bildirib ki, layihə çərçivəsində fəlakətlərə hazırlıq və fövqəladə hallar zamanı davranışlarla bağlı bir sıra təlimlər həyata keçirilib, layihə üçün seçilmiş məktəblər təhlükəsizlik avadanlıqları ilə təmin edilib. “Eləcə də təhsil kurrikulumuna fəlakət riskinin azaldılması komponentlərinin daxil edilməsi və əhalinin bu sahədəki biliklərinin artırılması üzrə bir sıra vəsaitlər işıq üzü görüb. Bununla yanaşı, uşaqların fəlakətlərə qarşı hazırlığının və biliklərinin artırılması üçün uşaqları əyləndirərək oyun və buklet hazırlanaraq uşaqlara paylanıb. Buna baxmayaraq, bu gün dünyada baş verən fəlakətlər ucbatından hər il milyonlarla insan tələf olur ki, bunlar arasında uşaqlar da var” - deyə layihə rəhbəri vurğulayıb. A.Falkoner deyib ki, layihə çərçivəsində Bakıda və respublikanın bir neçə rayonunda bu istiqamətdə bir sıra tədbirlər və düşərgələr də keçirilib. Layihənin yalnız bu ili əhatə etdiyini deyən A.Falkoner ilin sonuna kimi bu kimi tədbirlərin davam etdiriləcəyini bildirib. Dəyirmi masada FHN-in, Təhsil Nazirliyinin mütəxəssisləri və QHT nümayəndələri də iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-4252.html