Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rasim Musabəyov: “Sarkozinin bölgəyə səfərinin çox şişirdilməsi düzgün deyil”
10.08.11 02:05

“Fransanın Azərbaycanla bağlı daha çox iqtisadi maraqları, Ermənistanla daha çox mədəni maraqları var. Parisin siyasi maraqları isə bir çox halda Gürcüstana bağlıdır. Çox güman ki, Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri zamanı bu meyarlar əsas götürüləcək”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, politoloq Rasim Musabəyov bildirib. Politoloq xatırladır ki, Sarkozi hakimiyyətə gələndə xarici işlər naziri vəzifəsinə Fransanın Gürcüstandakı səfirini təyin etmişdi. “Bütün bu məqamlar göstərir ki, Fransanın müəyyən maraqları var. Amma düşünmürəm ki, bu səfərin nəticəsi olaraq hər hansı ciddi dəyişiklik olsun. 2008-ci ildə Gürcüstan olayları vaxtı prosesin qarşısının alınması üçün N.Sarkozi kifayət qədər böyük səylər göstərdi. Bütün bunlar eyni zamanda Fransanın daxili siyasəti ilə də bağlıdır” - deyə R.Musabəyov vurğulayıb. Onun sözlərinə görə, N.Sarkozinin hazırda reytinqi elə də yüksək deyil. “Amma təzədən prezident seçilmək istəyir. Ola bilsin ki, Sarkozi bununla hansısa uğurlarını yada salmaq və mümkün olarsa, həmin uğurlarını genişləndirmək istəyir. Dağlıq Qarabağ məsələsində də hesab etmirəm ki, Fransanın son zamanlar hansısa aktivliyi müşahidə edilir. Hər halda Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı Jak Şirak daha yaxından iştirak edirdi. Amma hər bir halda Fransa Minsk qrupunun üzvüdür və söz demək, proseslərə təsir etmək imkanları var. Fərz edirəm ki, N.Sarkozinin bölgəyə səfərinin bu baxımdan müəyyən əhəmiyyəti olacaq, lakin səfərin mahiyyətinin çox şişirdilməsi də düzgün deyil” - deyə o, əlavə edib. Qeyd edək ki, Fransa prezidenti N.Sarkozinin bu ilin oktyabr ayında Cənubi Qafqaz ölkələrinə səfər edəcəyi açıqlanıb. Fransa prezidenti əvvəlcə Gürcüstana, sonra Ermənistana və nəhayət, sonda Azərbaycana səfər edəcək.
URL / WWW
http://kelam.az/article/a-4250.html