Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət sərhədini pozduqlarına görə 74 nəfər saxlanılıb
08.08.11 20:27

Ötən ay Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 38 halda 74 nəfər saxlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən veriblər. Məlumata görə, sərhəd nəzarət buraxılış məntəqələrində 27 halda 52 nəfər saxta sənədlə, 1 nəfər özgəsinə məxsus sənədlə, 2 nəfər isə gizli şəkildə dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıblar. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 127 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər nəticəsində 19 halda 17 kq 231,7 qr narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən tədbirlər zamanı 62 halda ümumi dəyəri təqribən 730 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd 16 mm-lik tüfəng, 300 min ABŞ dolları, 225 ədəd mobil telefon, 524 qr qızıl-zinət əşyaları və başqa mallar aşkar edilərək götürülüb. Azərbaycanın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilən tədbirlər nəticəsində 5 halda 8 nəfər sərhəd rejim pozucusu saxlanılıb, dənizdən 5545 metr tor aşkarlanaraq götürülüb.
URL / WWW
http://kelam.az/article/a-4248.html