Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri KÖMİS-lə ödəmək mümkündür
09.08.11 02:26

Mərkəzi Bank yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişini qəbul etməyə imkan verən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) müvafiq versiyasını istismara verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SİNAM şirkətinin Bakı nümayəndəliyindən veriblər. Sistemin texniki tətbiqini Azərbaycanın SİNAM şirkəti həyata keçirib. İnformasiya sistemi ödənişləri bank kartları vasitəsilə www.apus.az saytında onlayn rejimdə və ya informasiya sisteminə qoşulmuş bank filiallarında və “Azərpoçt”un bütün məntəqələrində nağd şəkildə qəbul etməyə imkan verir. Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişi üçün APUS ödənişlər sisteminin istifadəsi elektron hökumətin tətbiqi üzrə dövlət siyasətinə uyğundur. APUS sistemində abunəçinin kodu qismində sürücülük vəsiqəsinin seriyası və nömrəsi, invoysun nömrəsi qismində isə DYP əməkdaşının qayda pozuntusuna görə tərtib etdiyi protokolun nömrəsi çıxış edir. APUS sistemində ödəniş zamanı cərimələr üzrə eyni qaydalar tətbiq olunur. İlk invoys 10 faizlik endirimlə təqdim olunur; əgər sürücü cəriməni üç gün ərzində ödəməzsə, endirim ləğv olunur və köhnə invoys cərimənin tam göstərildiyi invoysla əvəzlənir. Cərimə təyin edilmiş vaxtda ödənilməzsə, yeni invoys təqdim olunur. Həmin invoysda cərimənin ödənilmədiyi hər növbəti gün peniya hesablanır. Yeni ödəniş üsulu sürücülərin həyatını bir xeyli asanlaşdıracaq, çünki bir bankda ödəniş etmək və ödəniş qəbzini DYP-nə təqdim etmək zəruriyyəti aradan qaldırılacaq. Belə ki, ödəniş haqda məlumat 30 saniyə ərzində DİN Baş Dövlət Yol Polisi İdarəsinin verilənlər bazasına ötürüləcək. Analoji məlumatı APUS-da qeydiyyatda olan bütün təşkilatlar alacaqlar. APUS sistemi mərkəzləşdirilmiş ödənişlərin təmin edilməsi məqsədilə SİNAM şirkətinin texniki dəstəyilə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmşdir. Bu günə kimi sözügedən sistem qaz, su və elektrik enerjisinə görə kommunal ödənişləri qəbul edirdi. 2008-ci ildən APUS sisteminə 37 bank qoşulub; ödənişlər 1458 məntəqədə qəbul olunur. 2010-cu ildə kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi vasitəsilə 184 milyon manat ümumi dəyəri olan 11 milyon ödəniş edilib.
URL / WWW
http://kelam.az/article/a-4246.html