Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Siyavuş Novruzov: “Bir çox partiyanın fəaliyyət istiqamətində yenilik lazımdır”
09.08.11 03:19

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı YAP olaraq öz təkliflərimizi irəli sürmüşük. Hazırda bu layihəyə rəy verilməsi üçün Venesiya komissiyasında baxılır. Amma bütün hallarda son sözü Milli Məclis deyəcək. Hesab edirəm ki, həqiqətən də bu sahədə yeni bir qanunun qəbul olunmasına zərurət var”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Azərbaycanda bir çox partiyanın fəaliyyət istiqamətində yenilik lazımdır. Millət vəkili hesab edir ki, bu gün artıq parlamentdə fəaliyyət göstərən partiyalar formalaşıb, onlar yeni düşüncə tərzinə, dünya təcrübəsinə uyğun şəkildə öz strukturlarını qurur, fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər: “Amma partiyalar var ki, yaradıldığı dövrdən elə necəydisə, elə də qalır”. S.Novruzovun fikrinə görə, partiyalar öz tərkiblərinə baxmağa, öz tərkiblərində islahatlar aparmağa, sırf partiya işi ilə məşğul olmağa bir ehtiyac duyur: “Bu gün ölkədə 50-dən çox partiya qeydiyyatdan keçib, ümumilikdə isə 100-ə qədər partiya fəaliyyət göstərir. Ancaq təəssüflər olsun ki, onların böyük əksəriyyəti öz qarşısına qoyduğu məqsədlə deyil, sırf qəzet üzərində və ya bəyanatlarla çıxış etməkdən başqa hər hansı bir funksiyanı həyata keçirmir”. Dünya praktikasından sitat gətirən S.Novruzov deyib ki, əgər hər hansı siyasi təşkilat fəaliyyət göstərmirsə, artıq onu partiya hesab etmək olmaz: “Məsələn, Avropa Birliyinə daxil olan ölkələrin bəzilərində iki il hər hansı seçkidə iştirak etməyən partiyaların avtomatik olaraq qeydiyyatı ləğv olunur. Hesab edirəm ki, Azərbaycanda da siyasi partiyalar öz qarşılarına qoyduqları partiya fəaliyyəti ilə məşğul olmalıdır”.
URL / WWW
http://kelam.az/article/a-4245.html