Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ümumdünya Səhiyyə Təşkilatının Bakıda iclası təşkil olunacaq
08.08.11 20:19

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 29-dan başlayaraq təşkilatın Regional Komitələrinin illik iclasını keçirəcək. İclaslardan biri Azərbaycanda baş tutacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ÜST-nin Bakı nümayəndəliyindən veriblər. Məqsəd ÜST-nin siyasətlərinin müəyyənləşdirilməsi, büdcələrinin, iş fəaliyyətlərinin müzakirəsidir. Bu iclaslar 6 region üzrə avqustun 29-dan oktyabrın 5-dək təşkil ediləcək. İlk iclas 29 avqust - 2 sentyabrda ÜST-nin Afrika Regional Komitəsi üçün təşkil ediləcək. Bu komitənin 61-ci sessiyası Kot Divuar Respublikasının Abidjan şəhərində olacaq. ÜST-nin Cənub-Şərqi Asiya Regional Komitəsinin 64-cü sessiyası sentyabrın 6-9-da Hindistanda, Avropa Regional Komitəsinin 61-ci sessiyası sentyabrın 12-15-də Bakı şəhərində keçiriləcək. ÜST-nin Qərbi Sakit Okean Regionun 62-ci sessiyası sentyabrın 19-23-də Filippinin Manila şəhərində, Amerika Regionunun 63-cü sessiyası sentyabrın 26-30-da ABŞ-ın Vaşinqton şəhərində, Şərqi Aralıq dənizi ölkələri Regionun 58-ci sessiyası isə oktyabrın 2-5-də Suriyada keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4244.html