Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir
09.08.11 03:19

Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlar davam edir. “KƏLAMİNFO” xəbər verir ki, növbəti imtahan bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi işləmək istəyənlər üçün keçirlir. Bu ixtisas üzrə keçirilən imtahanlar avqustun 11-dək davam edəcək. Səhər saat 9-da başlayan imtahanlar axşam saat 6-dək davam edəcək. Hər bir müəllim kompüter qarşısında 1 saat ərzində imtahan verəcək. Hər saatın tamamında isə imtahan verən qrup digər qrupla əvəzlənəcək. Qeyd edək ki, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisas üzrə vakant yerlərə 1389 nəfər ərizə verib. Bu ixtisas üzrə isə ölkədə 265 vakant yer var. Onu da əlavə edək ki, müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar kimya, tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə davam etdiriləcək. Məlumat üçün qeyd edək ki, indiyədək 3 min nəfərə yaxın müəllim müsabiqənin II mərhələsində imtahan verib.Xatırladaq ki, iyulun 1-dən Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı elan edilən müsabiqə I mərhələdə ölkə üzrə 2177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə verib. İyulun 15-dək davam edən müsabiqəyə ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb. Nəticədə 8700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar.
URL / WWW
http://kelam.az/article/a-4243.html