Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İstanbul-Məkkə dəmiryolu xətti bərpa olunur
08.08.11 20:19

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında olan İstanbul-Məkkə dəmiryolu 100 illik fasilədən sonra yenidən işə salınacaq. “KƏLAMİNFO” Tükkiyə mətbuatına istinadən xəbər verir ki, 1900-cü il sentyabrın 1-də təməli qoyulan və Sultan II Əbdülhəmidin ən böyük layihələrindən biri olan dəmiryolunun bərpası yaxın vaxtlarda başa çatdırılacaq. Bu marşrutun bərpası ilə sərnişinlər və zəvvarlar İstanbuldan Məkkəyə 24 saatlıq yolu qət edərək müqəddəs şəhərdə ola biləcəklər. Qeyd edək ki, 1904-cü ildə mərhələli şəkildə istifadəyə verilən və 4 ölkədən keçən 2 min 241 km-lik dəmiryolunu ingilislər sıradan çıxarıb. Xatırladaq ki, il ərzində 2 milyon sərnişinin istifadə edə biləcəyi bu layihə Qırmızı dəniz sahillərini də əhatə edəcək.
URL / WWW
http://kelam.az/article/a-4240.html