Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan kinosu tarixinin səhifələrinə “Dolu” da düşəcək
06.08.11 02:29

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yazıçı Aqil Abbasın “Dolu” romanı əsasında eyniadlı bədii filmin çəkilişlərinə başlanılıb. Kinostudiyadan “KƏLAMİNFO”ya verilən məlumata görə, çəkilişlərin ilkin mərhələsi İsmayıllı rayonunda aparılır. Dövlət sifarişi ilə çəkilən bu filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı xalq artisti Polad Bülbüloğludur. Qeyd edək ki, digər epizodların Mingəçevir və Sumqayıtda, pavilyon çəkilişlərinin isə Bakıda lentə alınması planlaşdırılan “Dolu”da əsas rolları xalq artisti Fuad Poladov, Əməkdar artistlər Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad İsrafilov, aktyorlar Rza Rzayev, Elvin Əhmədov, Vaqif Səmədzadə, Vüsal Murtuzəliyev, Gülzar Cəfərova ifa edəcək. Xatırladaq ki, ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulan filmin döyüş səhnələrinin daha inandırıcı alınması üçün İrandan dəvət olunan pirotexniklər yaxın günlərdə yaradıcı qrupa qoşulacaq. P.Bülbüloğlunun film üçün bəstələyəcəyi musiqi isə Moskvada nüfuzlu orkestrlərdən birinin ifasında lentə yazılacağı bildirilib.
URL / WWW
http://kelam.az/article/a-4238.html