Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Pentaqon müdafiə xərclərinin ixtisarından narahatdır
05.08.11 21:29

ABŞ-ın müdafiə naziri Leon Panetta və Birləşmiş Hərbi Qərargahlar rəisi Maykl Müllen müdafiə xərclərinin ixtisar edilməsindən narahatlıqlarını bildirib. Panetta və Müllen 350 milyard dollarlıq ixtisarın zəruriliyini dərk etdiklərini, lakin Pentaqonun bundan əlavə ixtisarla üzləşməsinə yol verilməməsinin vacibliyini vurğulayıblar. «KƏLAMİNFO» «Newsru.com»a istinadən xəbər verir ki, bu həftə əldə edilən razılığa əsasən, Konqres komitəsi məsrəflərin daha artıq ixtisar edilməsinə dair plan hazırlamalıdır. Əgər plan hazır olmasa, bu, digər agentliklərlə yanaşı, ordunun da xərclərinin azaldılması demək olacaq. Leon Panetta bunun ölkənin təhlükəsizliyinə ciddi ziyan vuracağını deyib.
URL / WWW
http://kelam.az/article/a-4236.html