Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Medvedyev: Saakaşvili mənə minnətdar olmalıdır
06.08.11 02:29

Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, gürcü həmkarı Mixail Saakaşvili öz postunda qaldığına görə ona minnətdar olmalıdır. Onun sözlərinə görə, əgər 2008-ci il hərbi münaqişəsi zamanı rus qoşunları Tbilisiyə daxil olsaydılar, çox güman ki, Gürcüstanda başqa şəxs prezident olardı. “KƏLAMİNFO”un məlumatına görə, Rusiya prezidentinin bu sözləri “Russia Today”, Gürcüstanın birinci kanalı və “Exo Moskvı” radiostansiyasının efirində gedib. Müsahibənin tam mətni ilə prezidentin rəsmi saytında tanış olmaq olar. D.Medvedyev bəyan edib ki, «Sülhə məcbur etmək» əməliyyatının əsas məqsədi Saakaşvilinin həyata keçirdiyi «işğalın qarşısının alınması idi». Rusiya prezidenti vurğulayıb ki, Saakaşvilinin üzərinə yüzlərlə rusiyalı sülhyaratma missiyasının əsgərinin ölümü düşür: «Mən bunu ona heç bir vaxt bağışlamayacağam və bu səbəbdən də onunla danışmayacağam. Ancaq o, mütəmadi olaraq müxtəlif beynəlxalq dəhlizlərdə mənə yaxınlaşmağa cəhd göstərir». O, etiraf edib ki, Saakaşvili qanuni seçilmiş prezidentdir və yalnız gürcü xalqı ona qiymət verə bilər. D.Medvedyev onu da deyib ki, Gürcüstanın növbəti prezidentinin Rusiya ilə münasibətlər qurmaq üçün imkanları yaranacaq. Qeyd edək ki, Rusiya prezidenti bu yaxınlarda bəyan edib ki, iki ölkə arasında münasibətlərin baş tutmamasının səbəbi Tbilisinin Rusiyanın ÜTT-yə daxil olmasına qarşı çıxması olub. Rusiya prezidenti Saakaşvilinin Rusiyanın Gürcüstana qarşı hələ 2008-ci ildən əvvəl müharibəyə hazırlaşdığı barədə ittihamlarını da təkzib edib: «Cənab Saakaşvili çox şey danışa bilər O, ümumiyyətlə, nə danışdığını bilmir».
URL / WWW
http://kelam.az/article/a-4235.html