Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər
05.08.11 21:29

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. “KƏLAMİNFO” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosuna istinadən xəbər verir ki, paytaxtda gecə 22-26°, gündüz 28-33° isti, Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 26-27° isti olacağı proqnozlaşdırılır. Hidrometeoroloqlar tibbi-meteoroloji proqnoz verməklə əhalini ehtiyatlı olmağa çağırır. Belə ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında havanın temperaturunun tədricən enərək iqlim normasına yaxınlaşması əksər meteohəssas insanlar üçün əlverişli olsa da, davamlı olaraq əsən güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
URL / WWW
http://kelam.az/article/a-4234.html