Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanlı ekspertlər Almaniyada olublar
05.08.11 21:29

“Sosial Müdafiənin İnkişafı” Layihəsinin alt komponenti olan “ISCO 88/08-ə uyğun olaraq təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması” layihəsinin ekspertlərindən ibarət heyət Almaniya Federativ Respublikası və Sloveniya Respublikasında təlim səfərində olub. “KƏLAMİNFO”un məlumatına görə, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası və Dünya Bankı ilə birgə həyata keçirilir. Səfərin məqsədi həmin ölkələrin təcrübəsini öyrənməkdən və Azərbaycanda peşə standartlarının hazırlanması prosesinə uyğunlaşdırmaqdan ibarət olub.Səfər zamanı Almaniya və Sloveniyanın aidiyyatı qurumlarında görüşlər təşkil edilib. Görüşlər zamanı nazirliklərin funksional və təşkilati strukturu, peşə standartlarının hazırlanmasında, təşviq və təsdiq edilməsində nazirliklərin rolu, peşə standartlarının hazırlanması baxımından əmək bazarının təhlili, peşə standartlarının hazırlanması prosedurları, bu standartlar əsasında müasir modul tipli təlim proqramlarının tərtib edilməsi metodologiyaları müzakirə edilib. Eyni zamanda peşə standartları kontekstində akkreditasiya, sertifikatlaşdırma və keyfiyyətə təminat, ISCO-ya uyğunlaşdırmada aidiyyəti institutların rolu və bu sahədə işəgötürənlərlə əməkdaşlıqla bağlı təcrübəni əks etdirən geniş təqdimatlar edilib və adıgedən ölkələrin təcrübəsinin Azərbaycanda mümkün tətbiqinə dair geniş və hərtərəfli müzakirələr aparılıb.
URL / WWW
http://kelam.az/article/a-4232.html