Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazirlik 80 nəfər əlili Ukraynada müalicə etdirəcək
06.08.11 02:29

Cari ilin iyul-avqust aylarında 80 nəfər əlil həmvətənimizin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”a verilən məlumatda bildirilir. Qeyd edilir ki, həmin əlillərdən 40 nəfəri cari ilin 7 iyulunda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xüsusi təyyarə reysi ilə Ukraynaya yola salınıb və onlar müalicə kursunu başa çatdıraraq 4 avqust 2011-ci il tarixdə vətənə dönüblər. Elə həmin günü növbəti 40 nəfər əlilin müalicə kursu keçmək üçün Ukraynaya yola salınması təmin edilib.Qeyd edək ki, adıgedən müalicə mərkəzi səmərəli fizeoterapevtik müalicə üsulları ilə məşhur olan bir sanator müəssisəsidir və iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Hər il olduğu kimi, bu il də müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır. Əlillərin adıgedən mərkəzdə yerləşməsi və müalicəsi işinə nəzarət etmək üçün nazirliyin əməkdaşları Ukraynaya ezam olunublar.
URL / WWW
http://kelam.az/article/a-4231.html