Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ATƏT-in Bakı ofisi Masallıda Dəyirmi masa keçirilib
05.08.11 21:29

Bu gün ATƏT-in Bakı Ofisi və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi məişət zorakılığının qarşısının alınmasında yerli icmaların roluna həsr olunmuş Dəyirmi masa keçirilib. ATƏT-in Bakı ofisindən “KƏLAMİNFO”a verilən məlumata görə, tədbir Masallı rayonunda təşkil olunub və ətraf rayonlardan olan nümayəndələr də müzakirələrdə iştirak edib.Dəyirmi masanın məqsədi ötən il qəbul olunmuş Məişət Zorakılığının Qarşısının Alınması Haqqında Qanun barədə insanları məlumatlandırmaq və yerli səviyyədə məişət zorakılığı sahəsində çalışan qurumlar arasında əlaqə və əməkdaşlıq yaratmaqdır. Müzakirələrdə iştirak edən yerli hökumət orqanları, polis, sosial xidmət, hüquq icmaları və vətəndaş cəmiyyətini təmsil edən nümayəndələr qanunun icrası istiqamətində özlərinin rolu haqqında fikir mübadiləsi aparıb. ATƏT-in Bakı Ofisinin rəhbər əvəzi Melissa Stoun bildirib ki, ATƏT-in Bakı Ofisinin məqsədi yeni qəbul olunmuş Məişət Zorakılığının Qarşısının Alınması Haqqında Qanunun ölkənin bütün rayonlarında icra olunması işində Azərbaycan hökumətini dəstəkləməkdir. “Bu qanunun qəbulu çox müsbət haldır və bu münasibətlə mən, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsini təbrik etmək istərdim. Lakin, biz hamımız razılaşırıq ki, istənilən qanunun əsl dəyəri onun icrasında və vətəndaşların həyat səviyyəsinin təkmilləşdirilməsinə verdiyi töhfədədir,”-deyə Stoun əlavə edib. Dəyirmi masaya əlavə olaraq, 2011-ci ildə ATƏT-in Bakı Ofisi və Dövlət Komitəsi Göygöl və Sabirabad rayonlarında daha iki tədbir keçirməyi planlaşdırır.
URL / WWW
http://kelam.az/article/a-4229.html