Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə valideynləri saxta yollardan çəkinməyə çağırdı
05.08.11 21:29

“Bəzi valideynlər övladlarını saxta yolla xarici ölkələrdə ali məktəblərə qəbul etdirməyə cəhd edirlər. Mən onları bu yoldan çəkinməyə çağırıram, əks halda, dövlət onların hüquqlarını qorumayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O, təəssüflə qeyd edib ki, bundan əvvəlki illərdə də belə faktlar müşahidə olunub və həmin valideynlər hansısa uğursuzluqla rastlaşdıqda hüquqlarını dövlətdən tələb etməyə cəhd edirlər. “Bu, yerli universitetlərdə də baş verir. Məsələn, ötən illərdə Azərbaycan Beynəlxalq Universiteti və Azərbaycan Universitetində bu hal bomba kimi “partladı”. Qanunsuz tələbələri qəbul edir, pulla oxudurlar və sonda onlara diploma verilmir” - deyə TQDK sədri bildirib. M.Abbaszadə deyib ki, insanlar belə fırıldaq işlərdə könüllü iştirak edir, sonra isə dövlətdən nəsə tələb edirlər.
URL / WWW
http://kelam.az/article/a-4228.html