Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK II ixtisas qrupu ilə bağlı ayrıca qərar qəbul etdi
05.08.11 21:29

Cari tədris ilində ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələri avqustun 10-da açıqlanacaq. “KƏLAMİNFO”un məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qeyd edib ki, müsabiqəyə buraxılan, lakin qəbul ola bilməyən abituriyentlər indidən seçdikləri ixtisasları ərizələrinə əlavə edərək təsdiqləyə bilərlər. TQDK sədri əlavə yerləşdirmə ilə əlaqədar II ixtisas qrupu ilə bağlı ayrıca qərar qəbul edildiyini də açıqlayıb. Onun sözlərinə görə, II qrupda rus bölməsi üzrə 294, Azərbaycan bölməsi üzrə isə 89 boş yer qalıb. Birgə müsabiqə üzrə boş qalan yerlərin sayı 280-dir. Ümumilikdə II qrup üzrə 663 vakant yer var. “II ixtisas qrupunda Azərbaycan bölməsi üzrə müsabiqəyə buraxılanlardan 1119 abituriyent ali məktəbə qəbul ola bilməyib. Ona görə də həmin abituriyentlərin ali məktəbə qəbul olmaq şansını artırmaq üçün boş qalmış 663 yerin birgə müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edilib” - deyə M.Abbaszadə əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4227.html