Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərə qəbul planı 93,36 faiz yerinə yetirilib
05.08.11 21:29

Bu il ali məktəblərə qəbul planı 93,36 faiz yerinə yetirilib. “KƏLAMİNFO” xəbər verir ki, bunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, 2011/2012-ci tədris ili üçün keçirilən test imtahanları nəticəsində ali təhsil müəssisələrində ayrılan 31 min 419 plan yerinə 29 min 332 abituriyent qəbul olunub. “I qrup üzrə 9047, II qrup üzrə 8325, III qrup üzrə 8258, IV qrup üzrə 3702 nəfər tələbə adını qazanıb” - deyə M.Abbaszadə vurğulayıb. TQDK sədri deyib ki, abituriyentlər ali məktəblərin boş qalan yerləri ilə yanaşı, orta ixtisas məktəblərinin də müvafiq ixtisasını seçə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-4225.html