Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » 55 nəfər ali məktəbə müsabiqədənkənar qəbul olunub
05.08.11 21:29

Cari tədris ilində ali məktəblərə qəbul imtahanlarında 55 nəfər seçdikləri ixtisaslara müsabiqədənkənar qəbul olunub. “KƏLAMİNFO” xəbər verir ki, bunu mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, 2011-2012-ci tədris ili üçün ali məktəblərdə 2087 vakant yer qalıb. “Ali təhsil müəssisələrində boş qalan yerlərə tələbə qəbulu müsabiqəsində I qrup üzrə ümumi balı 200-dən, II və III qrup üzrə 250-dən, IV qrup üzrə isə 350-dən çox olan abituriyentlər iştirak edə bilərlər. Bu yerlərin 776-sı I, 660-ı II, 556-sı III, 92-si isə IV qrup üzrədir. Vakant yerlər əsasən özəl ali məktəblərdə qalıb” - deyə M.Abbaszadə vurğulayıb. Onun sözlərinə görə, özəl ali məktəblər arasında ən yaxşı nəticə göstərənlər plan yerləri 96 faiz dolan Qafqaz Universiteti və plan yerləri 94 faiz dolan Xəzər Universitetidir. “Özəl ali məktəblər arasında ən aşağı nəticəni Asiya və Odlar Yurdu universitetləri göstərib. Hər iki ali məktəbin plan yerləri 46 faiz dolub” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4224.html