Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə: Qeydiyyatdan keçməyən abituriyentin əmri ali məktəbə göndərilməyəcək
06.08.11 03:29

Cari tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında tələbə adını qazanan şəxslər avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları ali təhsil müəssisələrində təsdiqləməklə qeydiyyatdan keçməlidirlər. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasdan imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri qəbul olunduğu ali məktəbə göndərilməyəcək. TQDK sədri bildirib ki, ali məktəblərin boş qalan yerlərinin siyahısı isə “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Həmin yerlərə qəbul avqustun 5-dən etibarən aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-4223.html